Noy 26, 2022 12:18 Asia/Baku
  • İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb

İndoneziya rəsmiləri bu ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayının 310 nəfərə çatdığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, ölənlərin sayı cümə axşamı günortadan sonraya qədər 272 nəfər elan edilmişdi. 

İndoneziyada zəlzələnin baş verməsindən bir neçə gün keçməsinə baxmayaraq, dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir və indiyə qədər bu hadisədə ən azı 24 nəfər itkin düşüb.

Deyilənlərə görə, bazar ertəsi günü İndoneziyanın qərbindəki Cava şəhərində baş verən zəlzələ nəticəsində 65 mindən çox ev, 31 məktəb, 124 ibadət mərkəzi və üç sağlamlıq mərkəzinə ziyan dəyib.

İndoneziya hökuməti zəlzələ qurbanlarına evlərini bərpa etmək üçün 700-3000 dollar arasında vəsait verəcəyini açıqlayıb.

Teqlər