Noy 29, 2022 13:34 Asia/Baku
  • Dəhşətli partlayış Londonu silkələyib

Londonun şimalında dəhşətli partlayış baş verib və bu şəhərin səmasında tüstü buludu əmələ gəlib.

"Təsnim" xəbər agentliyinin məlumatına görə, bu partlayış İslinqton yaxınlığında baş verib və şahidlərin sözlərinə görə, ildırım çaxmasına çox bənzəyən bu partlayış nəticəsində çoxlu işıq müşahidə edilib.

Bununla bağlı London Polisinin sözçüsü deyib: "Bizə çoxlu zənglər gəlib ki, onlar Stok Nyuinqton, İslinqton və Londonun digər ərazilərindən dəhşətli səs eşitdiklərini iddia ediblər". 

London yanğınsöndürmə briqadasının digər sözçüsü deyib: "Yanğınsöndürənlər partlayışın mənbəyini tapmaq üçün axtarış aparırlar. Partlayışın səbəbi ilə bağlı çoxlu fərziyyələr var və bəziləri hətta partlayışın meteorit toqquşması nəticəsində baş verdiyini iddia edirlər"!

Dəlillərə görə, bu partlayış bütün Londonda eşidilib və havada qəribə qoxu ilə müşayiət olunub.

Bəzi sosial media istifadəçiləri də bu partlayış nəticəsində yaşadıqları ərazidə internetin kəsildiyini, elektrik prizlərinin və ev modemlərinin zədələndiyini bildirir.

Teqlər