Dek 05, 2022 12:36 Asia/Baku
  • Olaf Şoltz: Vladimir Putinlə danışıqları dayandırmaq böyük səhvdir

Almaniya kansleri Olaf Şoltz deyir ki, bütün mübahisələrə baxmayaraq, Vladimir Putinlə danışıqları dayandırmaq böyük səhvdir.

SəhərAzəri- Bundan əvvəl Almaniya kansleri Olaf Şoltz Vladimir Putinlə telefon danışığında onu diplomatik həll yoluna nail olmaq üçün qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.

"İRNA"nın məlumatına görə, Olaf Şoltz Putinlə müzakirəni dayandırmağın böyük səhv olduğunu bəyan edərək, əlavə edib: "Buna görə də G7 ölkələrinin nümayəndəsi olaraq, Fransa prezidenti Emmanuel Makronla Putinlə yenidən dialoqa can atmağımız da vacibdir".

Kreml Almaniya kanslerinin Rusiya prezidenti ilə telefon danışığından sonra verdiyi bəyanatda bildirib: "Rusiya Silahlı Qüvvələri uzun müddətdir ki, Ukrayna ərazisində müəyyən hədəflərə dəqiq raket zərbələri endirməkdən çəkinib, amma Moskvanın son tədbirləri Kiyevin təxribatçı hücumlarına məcburi və qaçılmaz cavabdır". 

Rusiya prezidenti hesab edir ki, Krımı Rusiyaya birləşdirən körpüyə hücuma görə Kiyev məsuliyyət daşıyır və Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumlarının "qaçılmaz" olduğunu deyir.

Krım fevralın 24-də müharibə başlayandan bəri bir neçə dəfə Ukrayna qüvvələrinin hücumuna məruz qalıb.

Teqlər