Dek 09, 2022 21:06 Asia/Baku
  • Paşinyan Bişkekdə Putinlə görüşür

İclas zamanı Rusiya, Qazaxıstan və Özbəkistan arasında "üçlü qaz ittifaqı" mövzusuna da toxunulacağı istisna olunmur.

SəhərAzəri-nin məlumatına əsasən, Qırğızıstanın sədrliyi ilə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclasında iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin Bişkekə gedib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Bişkekə işgüzar səfərə gedib.

Bişkek hava limanında Paşinyanı qırğızıstanlı həmkarı Akılbek Japarov qarşılayıb.

Bir gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko da Qırğızıstan paytaxtına gəlib.

Qeyd edək ki, AAİŞ liderləri digər məsələlərlə yanaşı, ümumi qaz bazarının formalaşdırılmasını müzakirə edəcək və Birləşmiş Ərəb Əmirlikləri ilə Azad Ticarət Zonasının yaradılması üzrə danışıqlar prosesinin başlanmasını təsdiq edəcəklər. İclas zamanı Rusiya, Qazaxıstan və Özbəkistan arasında "üçlü qaz ittifaqı" mövzusuna da toxunulacağı istisna olunmur.

Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə də ikitərəfli görüşü nəzərdə tutulub.

 

Teqlər