İngiltərədə antibiotiklərin qiyməti iyirmi dəfə artıb
Dek 10, 2022 21:33 Asia/Baku
Britaniyada ölümcül streptokok bakteriyasına yoluxmuş uşaqların sayının artması ilə Britaniyada antibiotiklərin qiyməti iyirmi dəfə artıb.
SəhərAzəri-nin məlumatına əsasən, Britaniyada adının açıqlanmasını istəməyən əczaçılıq sənayesinin lideri deyib: "Antibiotik Amoksisillinin qiyməti 80 pensdən 18 funta yüksəlib.
Britaniyanın Səhiyyə Nazirliyinin sözçüsü mövcud vəziyyəti antibiotiklərin hazırlanması üçün qlobal xammal çatışmazlığı ilə əlaqələndirib və bu dərmanın qiymətində dalğalanmaların normal olduğunu iddia edib.
Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin son statistikasına görə, bu ölkədə 10 yaşadək 16 uşaq streptokok bakteriyasından dünyasını dəyişib.