Bayden ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsini imzalayıb
https://azeri.sahartv.ir/news/dünya-i396005-bayden_abŞ_ın_2023_cü_il_üçün_hərbi_büdcəsini_imzalayıb
ABŞ prezidenti Co Bayden ABŞ-ın 2023-cu il üçün 858 milyard dollarlıq hərbi büdcəsini imzalayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 24, 2022 08:56 Asia/Baku
  • Bayden ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsini imzalayıb

ABŞ prezidenti Co Bayden ABŞ-ın 2023-cu il üçün 858 milyard dollarlıq hərbi büdcəsini imzalayıb.

SəhərAzəri-nin məlumatına əsasən, büdcə layihəsi, Baydenin bu büdcədə respublikaçılar tərəfindən dəstəklənən və Amerika qoşunlarının koronavirus peyvəndi alması tələbini ləğv edən maddəyə qarşı olmasına baxmayaraq, imzalanıb.

Ağ Ev rəsmilərinin dediyinə görə, Bayden və müdafiə naziri Lloyd Austin hesab edirdilər ki, bu tələbin götürülməsi ABŞ qoşunlarının və ya ordusunun maraqlarına uyğun deyil. Bununla belə, prezident büdcəni təsdiqləmək üçün respublikaçıların peyvənd mandatının ləğvi tələbini qəbul etmək qərarına gəlib.

ABŞ qanunvericiləri inflyasiyanı və ölkənin Çin və Rusiya ilə hərbi rəqabətinin güclənməsini nəzərə alaraq, bu ölkənin müdafiə və hərbi sektoruna daha çox vəsait ayırıblar.

ABŞ-ın hərbi büdcəsinin artırılması Vaşinqtonun dünyada müharibə qızışdıran siyasətinin davam etdirilməsinin növbəti əlaməti kimi qiymətləndirilə bilər.