Britaniya və Fransada tətil aksiyaları Milad səyahətini pozur
Britaniya və Fransada hava limanı və dəmir yolu işçilərinin tətil aksiyaları bu ölkələrdə Milad bayramı səyahətlərini pozub.
SəhərAzəri-nin məlumatına əsasən, iqtisadi şəraitin pis olması və maaşların aşağı olması səbəbindən keçirilən tətil aksiyaları fonunda Britaniya və Fransada Milad bayramı tətillərində hava səyahətlərin dayandırılması və gecikməsi ehtimalı var.
Yaşayış xərclərinin o cümlədən enerjinin qiymətinin kəskin artmasının ardınca Britaniyada pasportları yoxlayan hökumət işçiləri cümə günündən etibarən tətilə çıxıblar və bu tətillərin nə qədər davam edəcəyi bəlli deyil.
Fransa da, dəmir yolu işçilərinin tətilə çıxması səbəbindən Milad bayramı ərəfəsində oxşar vəziyyətlə üzləşib və Fransanın Milli Dəmir yolu Şirkəti dekabrın 22-dən 26-a kimi səyahətlərdə ciddi fasilələrin olacağını açıqlayıb.
Bu arada Britaniya hökuməti nəqliyyat xidmətləri göstərmək üçün hərbi personeldən və digər dövlət sektoru işçilərindən kömək almaq qərarını açıqlayıb.