Rusiya dünyanın ən böyük neft ixracatçısı olub
https://azeri.sahartv.ir/news/dünya-i396228-rusiya_dünyanın_ən_böyük_neft_ixracatçısı_olub
Rusiya neftinə yüksək qiymət həddinin bir barel üçün 60 dollar tətbiq edilməsinə baxmayaraq, bu ölkə ən böyük yanacaq ixracatçısı olub və belə də qalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2022 12:03 Asia/Baku
  • Rusiya dünyanın ən böyük neft ixracatçısı olub

Rusiya neftinə yüksək qiymət həddinin bir barel üçün 60 dollar tətbiq edilməsinə baxmayaraq, bu ölkə ən böyük yanacaq ixracatçısı olub və belə də qalacaq.

SəhərAzəri-nin məlumatına əsasən, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Dekabrın 27-də Rusiya prezidenti Vladimir Putin neftin yüksək qiymət həddi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb. Sənəd Rusiyadan neft və neft məhsullarının müqavilədə qiymət həddi təyin edən ölkələrə tədarükünü qadağan edir. Burada neftin qiymət həddi mexanizmi nəzərdə tutulduğu halda, onun xarici alıcılara tədarükü də qadağandır.

Eyni zamanda bildirilir ki, Rusiya neftinə yüksək qiymət həddi tətbiq edən ölkələrə Rusiyadan neft və neft məhsullarının tədarükü yalnız xüsusi qərar əsasında mümkün olacaq.