Nepalda son 30 ilin ən pis təyyarə qəzası baş verib
https://azeri.sahartv.ir/news/dünya-i396597-nepalda_son_30_ilin_ən_pis_təyyarə_qəzası_baş_verib
Bazar günü yanvarın 15-i Nepalın paytaxtı Katmandudan Poxara şəhərinə doğru uçan sərnişin təyyarəsi bu şəhərin beynəlxalq aeroportu yaxınlığında qəzaya uğrayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2023 10:35 Asia/Baku
  • Nepalda son 30 ilin ən pis təyyarə qəzası baş verib

Bazar günü yanvarın 15-i Nepalın paytaxtı Katmandudan Poxara şəhərinə doğru uçan sərnişin təyyarəsi bu şəhərin beynəlxalq aeroportu yaxınlığında qəzaya uğrayıb.

Məlumatlara əsasən, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. Nepal rəsmiləri günortayadək 60-dan çox cəsədin tapıldığını və böyük ehtimalla sərnişinlərdən heç birinin sağ qalmadığını bildiriblər.

Poxara Nepalın ikinci ən böyük və ən izdihamlı şəhəridir və demək olar ki, ölkənin mərkəzində səkkiz min metrlik zirvələri olan dağlıq ərazidə yerləşir.

Bu şəhər alpinistlər və dağlıq ərazilərlə maraqlananlar üçün çox cəlbedicidir və həmişə çoxlu sayda xarici turist və idmançıya ev sahibliyi edir.

Hindistanın ANI xəbər agentliyi Nepal Hava Yolları rəsmilərinə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə çoxlu sayda xarici sərnişin də olub.

Bu məlumata görə, təyyarədə Nepal, Rusiya, Hindistan və Cənubi Koreyadan olan sərnişinlərlə yanaşı, Avstraliya, Argentina, İrlandiya və Fransa ölkələrinin hər birindən ən azı bir nəfər də olubdur.