Putin ABŞ-ın "işğalçı qoşunlarının" hələ də Almaniyada olduğunu iddia edib
utin deyib ki, Almaniyadakı ABŞ qoşunları faktiki olaraq və hüquqi baxımdan işğal qüvvələridir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Avropanın ən böyük ölkəsi, iqtisadi nəhəng Almaniya Federativ Respublikasıdır və Sovet İttifaqı işğalına son qoymaq üçün qanuni şərtləri rəsmiləşdirdi. Bildiyiniz kimi İkinci Dünya Müharibəsindən sonra Almaniya, dörd sektora - Amerika, Britaniya, Fransa və Sovet sektorlarına bölündü. Beləliklə, Sovet İttifaqı bu işğal statusunun sona çatmasını rəsmiləşdirdi, amma ABŞ bunu etmədi və ciddi şəkildə desək, hüquqi baxımdan və faktiki olaraq, Almaniya ərazisində ABŞ-ın işğalçı qüvvələri var".
"Sovet qoşunları Avstriyada yerləşdirilmişdi, lakin onlar könüllü olaraq, oranı tərk etdilər. Sovet İttifaqının hüquqi varisi kimi Rusiya Avstriya Respublikasının konstitusiyasının təminatçısı və Avstriya Respublikasının neytrallığının təminatçısıdır. Ümumiyyətlə, Avstriyada bir çox sadə insanlar bunu bilir və bu mövqeyə görə Rusiyaya minnətdardırlar. Digər Avropa ölkələrinə gəlincə, vəziyyət mürəkkəbdir", - deyə o, əlavə edib.
Putin universitet tələbələri ilə görüşündə deyib: "Gec və ya tez Avropa öz suverenliyini geri alacaq, Amma görünür bu vaxt aparacaq".
Putin daha sonra deyib: Rusiyanın xüsusi hərbi əməliyyatının məqsədi Rusiyanı və xalqını Rusiyanın tarixi torpaqları olan və ona bitişik ərazilərdən gələn hər hansı təhlükədən qorumaqdır. Ukraynalı irqçilər heç nəyi hesab etmirlər. Onlar dinc əhalinin arxasına sığınaraq, onların arxasından atəş açırlar".