Fev 15, 2023 12:58 Asia/Baku
  • Pekin Universiteti İran prezidentinə fəxri professor adı verdi

Çərşənbə günü keçirilən mərasimdə Pekin Universitetinin "Fəxri professoru" adı İran prezidenti Seyid İbrahim Rəisiyə verilib.

SəhərAzəri-nin məlumatına əsasən, Mərasimdə Pekin Universitetinin prezidenti Hao Pinq çıxışı zamanı İran prezidenti və onu müşayiət edən nümayəndə heyətinin Çində və bu universitetdə olmasından məmnunluğunu ifadə edərək, bildirib ki, prezident Rəisinin İran və Çin arasında əlaqələrin inkişafında, eləcə də regionda və dünyada sülh və sabitliyin qorunmasındakı xidmət və fəaliyyətlərinə görə Pekin Universitetinin "Fəxri professoru" adı ona verilir.

Mərasim Pekin Universitetinin dekanı, professorları və tələbələrinin iştirakı ilə keçirilib.

Mükafat Pekin Universitetinin elmi şurası tərəfindən təsdiq edilib.

Həmçinin bu mərasimdə Pekin Universitetinin iranşünaslıq və fars dilinin tədrisi sahəsində ən yaxşı dörd professoru mükafatlandırılıb.

Pekin Universiteti 1898-ci ildə qurulan Çinin ilk milli hərtərəfli universitetidir və yarandığı gündən müasir Çinin banisi Mao Zedong da daxil olmaqla bir çox görkəmli istedadlar yetişdirmişdir.

Pekin Universiteti dünyanın ən yaxşı universitetləri arasında 23-cü, Asiyanın ən yaxşı universitetləri arasında isə ikinci yerdədir.

Teqlər