Fev 18, 2023 07:38 Asia/Baku

ABŞ nəşri xəbər verir ki, Putinin Ukrayna ilə bağlı 4 proqnozu özünü doğruldub.

Foreign Policy yazır: “Vladimir Putin Rusiyanın istənilən sanksiyalara tab gətirəcəyinə əmin olaraq xüsusi əməliyyata qərar verib və onun Ukraynadakı vəziyyətlə bağlı dörd mühüm məqamda haqlı olduğu ortaya çıxıb.

Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Stiven Uolt "Foreign Policy" jurnalında dərc olunan məqaləsində qeyd edib ki,

“Birincisi, Putin Rusiyanın bizim tətbiq edə biləcəyimiz istənilən sanksiyalara tab gətirə biləcəyinə əmin olaraq xüsusi əməliyyat keçirmək qərarına gəlib və indiyə qədər özünün haqlı olduğunu sübut edib.

İkincisi, prezident düzgün mühakimə edib ki, Rusiya xalqı mümkün xərclərə anlayışla yanaşacaq və seçilmiş kursla razılaşacaq.

Üçüncüsü, Rusiya Federasiyasının rəhbəri başa düşürdü ki, digər dövlətlər öz maraqlarına əməl edəcəklər və onu qərarlarına görə hamılıqla qınamayacaqlar. Belə ki, Avropa, ABŞ və bəzi başqaları kəskin və qətiyyətlə reaksiya verdilər, lakin qlobal cənubun əsas üzvləri və bəzi digər "əhəmiyyətli" ölkələr reaksiya vermədilər", - deyə professor qeyd edib.

Nəhayət və ən əsası, Uoltun fikrincə, Putin doğru başa düşüb: Ukraynanın taleyi Qərbdən daha çox Rusiya üçün vacibdir.

Teqlər