İngiltərədə irqçilik və sionist rejim əleyhinə etiraz aksiyası keçirirlib
https://azeri.sahartv.ir/news/dünya-i397495-İngiltərədə_irqçilik_və_sionist_rejim_əleyhinə_etiraz_aksiyası_keçirirlib
İrqçilik və anti-sionist rejimin yüzlərlə müxalifləri İngiltərənin müxtəlif bölgələrində etiraz aksiyaları keçiriblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 19, 2023 13:21 Asia/Baku
  • İngiltərədə irqçilik və sionist rejim əleyhinə etiraz aksiyası keçirirlib

İrqçilik və anti-sionist rejimin yüzlərlə müxalifləri İngiltərənin müxtəlif bölgələrində etiraz aksiyaları keçiriblər.

İran Press xəbər agentliyinin məlumatına görə, şənbə günü Liverpulda keçirilən mitinqdə iştirakçılar faşizm, irqçilik əleyhinə və köçkünlərə dəstək şüarları səsləndiriblər. Aksiyada iştirak edən Britaniya Leyboristlər Partiyasının keçmiş lideri Cermi Korbin “Twitter” səhifəsində “İfratçı sağçıların bizi parçalamasına icazə verməyəcəyik, biz müharibəsiz dünyanı görmək istəyən olduqca böyük hərəkatıq."

” mesajı yazıb. 

Bu aksiya  “Alternativ” ekstremist qruplaşmasının keçən həftə İngiltərə Daxili İşlər Nazirliyi tərəfindən Liverpulda otelə yerləşdirilən köçkünlərə qarşı etiraz aksiyaları keçirməsinə və eləcə də bu aksiyada polis furqonu  və onun avadanlıqları yandırılmasından sonra başladılıb. 

Eyni zamanda yüzlərlə ingilis və qeyri-ingilis tələbə UCL universiteti qarşısında " İsraildə ədalətin bərqərar olsun" və"  İsrailə ölüm"  şüarları ilə çıxış ediblər.