Rusiya lideri federasiyanın üzləşdiyi problemdən danışdı
Putin: Qərbin məqsədi Rusiyanı dağıtmaqdır
Rusiya Prezidenti bildirib ki, Qərb Rusiya üzərində nəzarəti bərqərar etmək üçün onu hissələrə bölməyə çalışır.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin "Moskva. Kreml. Putin" proqramı üçün Pavel Zarubinə müsahibəsində deyib: “Onların bir məqsədi var - keçmiş Sovet İttifaqını və onun əsas hissəsi olan Rusiya Federasiyasını dağıtmaq. Sonra bizi sivil xalqlar ailəsi adlandırılan ailəyə qəbul edəcəklər, ancaq ayrı-ayrılıqda, hər bir hissəni ayrıca. Nə üçün? Ona görə ki, bi hissələri öz istəklərinə tabe edəcəklər və onların üzərində nəzarət quracaqlar”.
Onun sözlərinə görə, Rusiya SSRİ-nin dağılmasından sonra Qərbin dünyanı sırf özü üçün yenidən nizamlamaq cəhdlərinə cavab verməyə məcburdur. Əgər Rusiya Federasiyası Qərbin arzuladığı yolla getsə, o zaman rusiyalıların və Rusiyanın bir çox xalqlarının taleyi kəskin şəkildə dəyişə bilər.
“Rusiya xalqı kimi etnik qrupun hazırkı formada yaşaya biləcəyini belə bilmirəm”, - deyə Putin bildirib.
O, vurğulayıb ki, bütün bu planlar kağız üzərində təsbit olunub.