İran hərbi gəmilərinin Braziliyaya dünya turuna gəlməsi ABŞ-ı narahat edib
https://azeri.sahartv.ir/news/dünya-i397862-İran_hərbi_gəmilərinin_braziliyaya_dünya_turuna_gəlməsi_abŞ_ı_narahat_edib
İran Hərbi Dəniz Qüvvələrinin “Dena” freqatı və “Məkran” təchizat gəmisinin Braziliyaya dünya turuna gəlməsi ABŞ-ı narahat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2023 13:05 Asia/Baku
  • İran hərbi gəmilərinin Braziliyaya dünya turuna gəlməsi ABŞ-ı narahat edib

İran Hərbi Dəniz Qüvvələrinin “Dena” freqatı və “Məkran” təchizat gəmisinin Braziliyaya dünya turuna gəlməsi ABŞ-ı narahat edib.

  SəhərAzəri-nin məlumatına əsasən, ABŞ senatoru Ted Kruz səfəri "amerikalıların təhlükəsizliyinə birbaşa təhdid" kimi qiymətləndirərək, iki İran hərbi gəmisinin Braziliyaya səfərindən sonra Braziliyaya qarşı sanksiyaların tətbiq edilməli olduğunu deyib.

Bundan əvvəl Panama administrasiyası bəyan etmişdi ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər beynəlxalq qanunlara əməl etdiyi müddətcə Panama kanalından keçə bilər.

İran Ordusu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani ötən yanvarın əvvəlində İran qüvvələrinin bu ilin sonunda Panama kanalına gələcəklərini açıqlamışdı.