Mart 19, 2023 21:53 Asia/Baku
  • Rusiya savaşa son qoyulmasi üzrə təklifləri araşdiracaq

Rusiya müharibəyə son qoyulması üzrə təklifləri araşdıracaq Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, Moskva Qərb ilə Ukrayna tərəfindən müharibənin başa çatdırılması barədə veriləcək ciddi təklifləri qəbul edib, nəzərdən keçirəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bir teleqram qeydində əlavə edib ki, Moskva bu böhran üçün siyasi və diplomatik həll yolu tapmağa çalışır.

O, həmçinin siyasi və diplomatik həll yoluna çatmaq istiqamətində ultimatum dilini qəbuledilməz adlandırıb.

Zaxarova müzakirə masası arxasına oturmağa təmayül göstərmədiklərinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Koleba da daxil olmaqla bu ölkənin rəsmilərini pisləyib.

Koleba cümə axşamı günü bir tvittdə bildirmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenskinin onmaddəlik sülh formulası haqda çinli rəsmilərlə söhbət edib. Zaxarova da məhz bu sözlərə cavab veribdir.

Moskva Kiyevi mart ayından bu yana keçirilməyən sülh danışıqlarını dayandırmaqda ittiham edir.

 

Teqlər