Qazaxıstanda parlament seçkiləri keçirilib
Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər keçirilib
SəhərAzəri-nin məlumatına əsasən, Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə saat 20:00-da başa çatıb.
Yerli vaxtla saat 12:00-a olan məlumata görə, Qazaxıstanda seçici aktivliyi 30.65 faiz təşkil edib.
Seçkilərdə "Amanat" (keçmiş Nur Otan), "Aul", "Ak jol", Qazaxıstan Xalq Partiyası (QXP) və Milli Sosial Demokrat Partiyası (MSDP), “Baytak” və Respublika partiyaları iştirak edib
Seçkilərdə yeddi siyasi partiyadan 281 namizəd var. Seçkiləri 41 ölkədən və 12 beynəlxalq təşkilatdan 793 beynəlxalq müşahidəçi izləyib.
Müşahidə missiyasına hələlik seçki prosesinin pozulması və ya hər hansı qayda pozuntuları ilə bağlı heç bir məlumat daxil olmayıb. Səsvermə başa çatandan sonra səslərin hesablanmasına başlanılacaq. Missiya üzvləri səslərin sayılması proseslərini də müşahidə edəcəklər.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də səhər saatlarında Astanada 58 saylı seçki məntəqəsində səs verib.