Mart 20, 2023 18:24 Asia/Baku
  • Makron ictimaiyyətin əksər hissəsinin tələbinə məhəl qoymamaqda davam edir

Fransa prezidenti Emmanuel Makron pensiya qanununa düzəliş layihəsinə qarşı kəskin xalq etirazlarına məhəl qoymamaqla bu layihənin sonadək öz demokratik axarını keçəcəyinə ümid etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Makron uzun müddət susduqdan sonra nəhayət milli və senat məclislərinin sədrlərinə müraciətlərdə bildirib ki, parlament üzvlərinin baş nazir Elizabet Born hökumətinin impiçmenti üzrə iki layihəsinin rədd olunacağı halda,  pensiya qanununa düzəliş layihəsinin mətni qəti şəkildə hökumət tərəfindən qəbul və bəyan ediləcək.

Fransa prezidentinin uzun sükutdan sonra pensiya yaşının altmış ikidən altmış dördə qaldırılmasından irəli gələn siyasi və ictimai böhrana işarə etməsinin fonunda qeyd edək ki, hökumətin sözügedən layihəni səsvermə aparılmadan parlamentdən keçirməsi və onun qəbul olunması üçün əsas qanunun 49-cu maddəsinin üçüncü bəndindən istifadə etməsi ilə, xalqın hiddəti püskürüb və bütün Fransa şəhərlərini etiraz və çaxnaşmalar bürüyübdür.

İşarə olunan əsas qanun maddəsi qanuni olmuş olsa da, ekspertlərin sözlərinə və xalqın inamına əsasən, tamamilə qeyri-dmokratik olub, bir növ demokratiyaya qarşı təhqirdir.

Bu maddə fövqəladə və müstəsna hallarda Fransa hökumətlərinə icazə verir ki, parlamentin müxalifəti ilə üzləşəcək layihələri səsvermə aparılmadan və parlament üzvlərinin nəzərləri bildirilmədən qanuna çevirsinlər.

Makron milli və senat məclislərinin sədrlərinə müraciətlərində həmçinin hökumətin parlament üzvlərini himayə istiqamətində səfərbər olmasından xəbər verib.

Son günlər hökumətə və pensiya qanununa düzəliş layihəsinə qarşı çıxanlardan bir qrupu parlament üzvlərini təhdid etməklə, onların bu gün Fransa milli məclisində cərəyana salınmalı olan Elizabet Born hökumətinin impiçmenti layihəsinin lehinə səs verilmələrini istəyib.

 

Teqlər