ABŞ-ın iqtisadi tənəzzülü: Amazon 9,000 işçisini işdən çıxardı
Bazar ertəsi Amazon texnolojiya nəhəngi, əməliyyatlarını optimallaşdırmaq və qeyri-müəyyən iqtisadi vəziyyəti idarə etmək üçün daha 9,000 iş yerini ixtisar edəcəyini açıqladı.
SəhərAzəri-nin məlumatına əsasən, Amazondan 9 min yeni işçinin işdən çıxarılması şirkətdə iş yerlərinin ixtisarının yeni mərhələsidir və bu, ABŞ-da texnologiya sektorunun artan problemlərini sübut edir.
Amazondan ən son ixtisarlar Amazonun yüksək gəlirli virtual xidmətləri və reklam xidmətləri bölmələri ilə bağlıdır. Analitiklər bildirirlər ki, iqtisadi narahatlıqlar reklam xidmətlərinin müştərilərini öz xərclərini diqqətlə yoxlamağa vadar edib və ona görə də onlar bu sahəyə keçmişdəki kimi çox pul xərcləmirlər. “Amazon”dan yeni işçilərin işdən çıxarılmasının elan edilməsindən sonra şirkətin səhmlərinin dəyəri iki faiz azalıb.
“Facebook”un sahibi Meta ötən həftə 10 min nəfərin işdən çıxarıldığını elan etmişdi. Şirkət 2022-ci ilə qədər 11.000-dən çox insanı işdən çıxarıb.