Cümə axşamı 11 ərəb ölkəsində Ramazan ayının biridir
Mart 22, 2023 17:09 Asia/Baku
On bir ərəb ölkəsi cümə axşamı gününü ramazan ayının biri elan edib
SəhərAzəri-nin məlumatına əsasən, Oman istisna olmaqla,/ on bir ərəb ölkəsi- Ərəbistan, Misir, Fələstin, Suriya, Sudan, Yəmən, İraq, Qətər, əmirliklər, Küveyt və Bəhreynin rəsmi bəyanatında deyilir ki, cümə axşamı günü bu ölkələrdə mübarək ramazan ayının birinci günü olacaq.
Oman hökuməti isə bildiribdir ki, ramazan ayının hilalının görünməsi hələ sübut olmayıbdır.
Omanın vəqflər nazirliyi son zamanlar bir bəyanatda bildirmişdi ki, çərşənbə günü axşam bir daha hilalın görünməsini araşdıracaq.