Mart 22, 2023 21:44 Asia/Baku
  • Rusiya Britaniyaya etiraz etdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın Ukraynanı uranlı sursatlarla təmin etmək qərarına realsoua verob. O, Britaniyanın bu addımını növbəti təxribat adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Ukrayna ətrafında vəziyyət münaqişənin yeni mərhələsinə daxil olur. Qarşıdurma keyfiyyətcə fərqli ölçüyə keçir. Və bu, Moskvada beynəlxalq sabitliyə və sülhün qorunmasına həsr olunmuş Rusiya-Çin yüksək səviyyəli danışıqları fonunda edilir", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Britaniya tərkibində tükənmiş uran olan mərmiləri Ukraynaya təhvil verəcəyini vəd edib.Bunu krallığın müdafiə nazirinin müavini Annabel Qoldin bəyan edib.

O, Lordlar Palatasının üzvü Baron Hiltonun sorğusuna verdiyi cavabda bildirib ki, Britaniya Ukraynaya hərbi yardımın bir hissəsi olaraq, tükənmiş uranlı döyüş sursatları tədarük edəcək.

Nazir müavinin sözlərinə görə, bu, zirehli deşici mərmilər olacaq və onlar “Challenger 2” döyüş tankları ilə birgə Ukraynaya çatdırılacaq.

 

Teqlər