Londonda ramazan ayı münasibətilə minlərlə çıraq yandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i398428-londonda_ramazan_ayı_münasibətilə_minlərlə_çıraq_yandırılıb
London meriyası mübarək ramazan ayının başlanması münasibətilə lk dəfə olaraq, bu şəhərin qərb hissəsi olan «Vest End»in küçələrindən birini otuz min çıraqla bəzəyib.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Mart 23, 2023 14:37 Asia/Baku
  • Londonda ramazan ayı münasibətilə minlərlə çıraq yandırılıb
    Londonda ramazan ayı münasibətilə minlərlə çıraq yandırılıb

London meriyası mübarək ramazan ayının başlanması münasibətilə lk dəfə olaraq, bu şəhərin qərb hissəsi olan «Vest End»in küçələrindən birini otuz min çıraqla bəzəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Çıraqların yandırılması zamanı həmin məkanda olan London meri Sadiq xan bildiribdir ki, onun özü ramazan ayının başlanmasını bayram edən bir milyondan çox müsəlmandan biridir.

Hal-hazırda Lester meydanını Pikadilli küçəsinə qovuşduran Koventri küçəsi bu çıraqların işığı ilə işıqlanıbdır.

Bu gün, cümə axşamı, mart ayının iyirmi ikisi, bir çox müsəlman və Avropa ölkəsində mübarək ramazan ayının birinci günüdür.