Mart 24, 2023 22:25 Asia/Baku
  • Avropada kokain istehlakı artıb

Avropa Birliyində aparılan bir araşdırma göstərib ki, bu qitə boyu kokain istehlakı artıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Fransada ümumölkə tətillərinin 9-cu dövrü keçirilirFransada həmkarlar ittifaqlarının pensiya yaşının artırılması layihəsinə qarşı geniş aksiya və tətilləri bu ölkədə gediş-gəlişləri və planlaşdırılmış səfərləri pozubdur.Ən çox kokain istehlakı Belçika, İspaniya, Portuqaliya və Niderlanda aiddir.

Bu günədək ən böyük araşdırma sayılan bu təhqiqat Lissabonda yerləşən Avropa dərmanlarına nəzarət agentliyi tərəfindən aparılıb.

Bu təhqiqat yüz dörd Avropa şəhərində təxminən əlli dörd milyon nəfəri əhatə edən təmizləyici qurğuların su hövzələrindəki gündəlik çirkab sularının analizi ilə həyata keçirilib.

Bu araşdırma kokain, amfetamin, metamfetamin, ekstazi, ketamin və həşişin təsirlərinin izini tapmaq məqsədilə, keçən ilin mart-aprel ayları arasında bir həftə ərzində toplanan nümunələri analiz edib və narkotik istehlakı miqdarının əvvəlki təhqiqatların nəticələrindən daha yüksək olduğu qənaətinə gəlib.

 

Teqlər