Fransa etirazları 3-cü Çarlzin səfərini təxirə saldı
Fransa etirazları İngiltərə kralının səfərini təxirə saldı.
SəhərAzəri-nin məlumatına əsasən, Fransanın paytaxtında və digər şəhərlərindəki geniş etirazların ardınca bu ölkənin prezident sarayı bildirib ki, İngiltərə kralı- üçüncü Çarlzın Parisə rəsmi səfəri təxirə salınıb. Səfər martın iyirmi altısında baş tutmalı idi.
Son günlər Fransada Makronun pensiya islahatları layihəsinə qarşı keçirilən aksiya və tətillərin davamında dünən bir milyon nəfərdən çox insan bu ölkə boyu aksiya keçirib və dörd yüz əlli nəfərdən çox insan da həbs olunubdur.
İngiltərə kralının Fransaya səfərinin təxirə salınması Makron üçün böyük biabırçılıq olacaq. Zira Makron breksitdən sonrakı dövrdə İngiltərə kralının səfərinin illər boyu zəif əlaqələrdən sonra iki ölkənin bu əlaqələrdə yeni səhifə açmaq üzrə səylərində simvolik bir addım olacağına ümid bəsləyirdi.
Üçüncü Çarlz öncə üç gün müddətinə Fransaya səfər etməli, sonra da Almaniyaya yollanmalı idi.