Mart 26, 2023 19:11 Asia/Baku
  • Türkmənistanda parlament seçkiləri keçirilir

Bazar günü Türkmənistanda 7-ci çağırış Milli Məclisin deputatlarının, həmçinin vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarə orqanlarının üzvlərinin seçkiləri başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, yerli vaxtla saat 07:00-da ölkə üzrə 2 602 seçki məntəqəsi açılıb.

Səsvermə saat 19:00-a kimi davam edəcək. Türkmənistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası ənənəvi olaraq ilkin nəticələri səsvermənin ertəsi günü, yekun nəticələri isə seçkilərdən 7 gündən gec olmayaraq açıqlayır.

Türkmənistanda keçirilən parlament seçkilərində ölkənin hər üç siyasi partiyası və vətəndaşların təşəbbüs qrupları iştirak edir. Ümumilikdə Məclisə 125 deputat seçiləcək. Qeydə alınmış namizədlərin sayı isə 258 nəfərdir.

 

Teqlər