Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına Çin reaksiya verdi
https://azeri.sahartv.ir/news/dünya-i398726-rusiyanın_belarusda_taktiki_nüvə_silahı_yerləşdirmək_qərarına_Çin_reaksiya_verdi
Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qinq Şuanq Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına cavab olaraq nüvə silahlarının milli sərhədlərdən kənarda yerləşdirilməməsinə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2023 14:39 Asia/Baku
  • Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına Çin reaksiya verdi

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qinq Şuanq Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına cavab olaraq nüvə silahlarının milli sərhədlərdən kənarda yerləşdirilməməsinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qinq Şuanq, Təhlükəsizlik Şurasının iclasında Belarusda nüvə silahlarının yerləşdirilməsi ilə bağlı çıxışında deyib: “Çin nüvə ölkələrindən xahiş edir ki, nüvə silahlarını öz milli sərhədləri xaricində yerləşdirməsin və öncələr xarici ölkələrdə yerləşdirdikləri nüvə silahlarını oradan çıxarsınlar.

Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Vasili Nebenzia cümə günü Təhlükəsizlik Şurasının Belarusda nüvə silahlarının yerləşdirilməsi ilə bağlı iclasında bildirib ki: “Moskva nüvə silahının yayılmasının qadağan edilməsi ilə bağlı beynəlxalq öhdəliklərini pozmadan Belarusda taktiki nüvə silahı yerləşdirəcək.."