Pensiya qanununa islahat Fransa Konstitusiya Şurası tərəfindən təsdiqləndi
Fransa Konstitusiya Şurası cümə günü prezident Emmanuel Makronun qalmaqallı pensiya islahatının əsas prinsiplərini təsdiqləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Verilən məlumatlara görə, Makron hökumətinin pensiya yaşını 62-dən 64-ə qaldıran bu qanunda təklif edilmiş düzəlişlər, təxminən üç aydır davam edən geniş etirazlardan sonra şura tərəfindən təsdiqlənib.
Fransa Konstitusiya Şurası bu islahatların zəruri hesab olunmayan 6 bəndini qəbul etməyib və müxalifətin pensiya yaşını 62 yaşı təyin edən alternativ pensiya qanunu ilə bağlı referendum keçirmə tələbini rədd edib.
Xəbərə reaksiya verən Fransa prezidentliyinə keçmiş namizəd Jan-Luk Melenşon “mübarizə davam edəcək”, Yaşıllar Partiyasının lideri Marin Tondelier isə bu islahatları “qanunsuz” adlandırıb.
Bu islahatlar, ölkədə baş qaldıran Fransa etirazları, xidmət sektorlarında kütləvi tətillər və küçə nümayişləri davam etiyi bir halda təsdiqləndi.
Xaqtırladaq ki, Makronun bu ölkədə pensiya yaşını artırmaq planından sonra Fransada ümummilli etirazlar yanvar ayından başlayıb.