Apr 20, 2023 17:05 Asia/Baku
  • Fransızlar Makronu fitə basıblar

Fransada keçirilən geniş etirazlar zamanı etirazçılar bu ölkə prezidentini fitə basıblar.

«Heç kəs iki il çox işləmək istəmir. Bununla belə, hökumətin öz işini davam etdirməsi lazımdır»-deyən Emmanuel Makron insanlar tərəfindən fitə və küyə basılıb.

Fransa prezidenti bunun cavabında bildiribdir ki, ilk dəfə deyil, xalqın ondan şikayətləndiyini eşidir və fransızlarla əlaqə yaratmağı davam etdirəcək. Fransalı etirazçılar isə «Makron, istefa ver!» şüarı veriblər.

Paris, Lion, Ren, Nant və bəzi digər Fransa şəhərlərində etiraz hərəkatları polisin kobud rəftarı və gözyaşardıcı qaz buraxması ilə müşayiət olunub

Teqlər