Apr 25, 2023 20:42 Asia/Baku
  • Sudan Ordusunun xüsusi təyinatlı qüvvələrdən tələbi: Orduya qoşulun

Bu ölkədə şiddətli qarşıdurmaların davam etdiyi bir vaxtda Sudan ordusu xüsusi təyinatlı qüvvələrdən orduya qoşulmalarını və onları üsyançıların sıralarından ayrılmalarını tələb edib.

SəhərAzəri-nin məlumatına görə, Sudan ordusunun verdiyi bəyanatda xüsusi təyinatlı qüvvələrin üzvlərindən Sudan silahlı qüvvələrinə qoşulmaqla üsyançılardan ayrılmalarını tələb edib.

Həmçinin bəyanatda üsyançı qüvvələrin yaşayış məntəqələrinə sığınmaqla vətəndaşlardan sui-istifadə etdiyi bildirilir.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru Əl-Cəzirə telekanalına deyib: Sudanda 50 min uşaq müharibə nəticəsində kəskin qida çatışmazlığından əziyyət çəkir və Sudanda 1 milyon 400 min qadın sağlamlıq riski ilə üz-üzə qalmaqdadı.

Xatırladaq ki, Əl-Cəzirə xəbər kanalı bazar ertəsi “Abdul Fəttah al-Barhan”ın komandanlığı altında ordu qüvvələri ilə “Həmidati” ləqəbilə tanınan “Mühəmməd Həmədan Doglu” komandanlığındakı xüsusi təyinat qüvvələri arasında toqquşmaların yenidən başladığını bildirərkən həçinin əhalinin Hartum şəhərində və ətraf əyalətlərə qaçan sakinləri barədə xəbər verib.

 

Teqlər