Quterreş Sudanda gedən döyüşlərin dərhal dayandırılmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i399722-quterreş_sudanda_gedən_döyüşlərin_dərhal_dayandırılmasını_istəyib
BMT baş katibi Burundinin paytaxtı və iqtisadi mərkəzi olan Bujumbura-da bu ölkənin prezidenti ilə keçirdiyi görüşdə Sudanda gedən döyüşlərin dərhal dayandırılmasını istəyib.
(last modified 2024-06-25T08:12:33+00:00 )
May 07, 2023 17:26 Asia/Baku
  • Quterreş Sudanda gedən döyüşlərin dərhal dayandırılmasını istəyib

BMT baş katibi Burundinin paytaxtı və iqtisadi mərkəzi olan Bujumbura-da bu ölkənin prezidenti ilə keçirdiyi görüşdə Sudanda gedən döyüşlərin dərhal dayandırılmasını istəyib.

SəhərAzəri-nin məlumatına görə, Sözügedən görüş «Əddis-Əbəbə sülh, təhlükəsizlik və əməkdaşlıq müqaviləsi çərçivəsi üzrə regional nəzarət mexanizmi ölkələri» başçılarının Bujumbura-da keçirilən on birinci yığıncağı kənarında baş tutub.

Sudanda gedən silahlı döyüşlər aprelin on beşi səhərçağı Əbdülfəttah Əl-Burhanın komandanlığı altında olan ordu qüvvələrilə Muhəmməd Həmdan Daqlunun komandanlıq etdiyi sürətli reaksiya qüvvələri arasında hakimiyyət üstündə başlanıb. Bu döyüşlərə son qoymaq üzrə beynəlxalq vasitəçiliklər indiyədək səmərəsiz olubdur.

Sudan həkimlər ittifaqının bildirdiyinə görə, bu ölkədə gedən döyüşlərdə ölənlərin sayı dörd yüz yetmiş doqquz nəfərə çatıb,/ iki min beş yüz on səkkiz nəfər də yaralanıbdır.