May 10, 2023 21:22 Asia/Baku
  • Fransanın Lion şəhərində minlərlə insan Makrona qarşı etiraz aksiyası keçirdi

Sayı üç minlə beş min arasında təxmin edilən fransız etirazçılar ölkə prezidentinin Lion şəhərinə səfəri zamanı onun siyasətinə qarşı nümayiş keçirmiş, nəticədə isə yenidən polislə qarşıdurmalar baş verdiyi bildirilib.

SəhərAzəri-nin məlumatına görə, Rusiyanın “Rashatodey” şəbəkəsinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makronun siyasətinə qarşı nümayişlər ölkənin bütün şəhərlərində davam edir və bu etirazların əksəriyyəti polis qüvvələrinin gəlişi ilə qarşıdurmaya çevrilib.

Məlumata görə, Fransa polisi etirazçılara hücum edərək onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, etirazçılar aylardır ki, Makron hökumətinin son pensiya islahatlarının ləğvini tələb etməsinə baxmayaraq Fransa Konstitusiya Şurası pensiya islahatları ilə bağlı referendumun keçirilməsi tələbini rədd etmişdi.

Yeni sorğunun nəticələrinə görə, Fransa prezidentinin reytinqi vəzifəyə gəldikdən sonra ən aşağı səviyyəyə düşüb, mübahisəli pensiya islahatı qanunu qüvvəyə mindikdən sonra fransızların yalnız 26 faizi onu dəstəklədiyi bildirilir. Bu sorğunun son günlərin göstəricisi ilə müqayisəsi Makronun populyarlığının daha iki faiz azaldığını göstərir.

Xatırladaq ki, Fransada etirazlar Emmanuel Macronun minimum pensiya yaşını 62-dən 64-ə qaldıracaq islahatlara cəhdi, bunun dövlət pensiya sisteminin pozulmasının qarşısını almaq üçün həll edici olduğu iddiasından sonra baş verib.

 

Makronun mübahisəli pensiya islahatı qanun layihəsi, hələ Fransa mi

 

Teqlər