İyun 29, 2023 17:51 Asia/Baku
  • Fransada yeniyetmənin öldürülməsinə etirazlar davam edir

Fransada 17 yaşlı gəncin polis tərəfindən öldürülməsinə qarşı ölkə boyu ikinci gecə davam edən iğtişaşlar daha geniş vüsət alıb.

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsinə qarşı keçirilən etirazlar daha geniş vüsət alıb.

Paris və polisin 17 yaşlı gənc "Nael"in ürəyini birbaşa atəş açdığı Nanter şəhərindən əlavə, Lil, Tuluza, Renn, Nant, Souqen, Robe, Bolvin Bilan Koq, Jerini və Makronun doğulduğu Amiens şəhəri də şiddətli iğtişaşlar və zorakı etirazların şahididir.

Bu elə bir haldadır ki, Fransa prezidenti Emmanuel Makron bir gəncin polis tərəfindən öldürülməsini əsassız adlandıraraq, kəskin şəkildə insanların qəzəbinin alovunu söndürməyə və əbəttə qanuni yollarla həqiqətə aydınlıq gətirməyə çalışır.

Elizabet Born Fransanın baş naziri

M.Z: Mən hamını sakitliyə dəvət etmək istəyirəm, təkcə ədalətdir ki, cavab verir və cəmiyyətin birliyini qarantiya edir. 

Minlərlə iğtişaş əleyhinə polis qüvvəsinin cəlb edilməsinə və hətta ictimai mənbələrin bildirdiyinə görə; ordu bölmələrindən və dron kimi texnikalaradan istifadə edilməsinə baxmayaraq, etirazların ikinci gecəsində onlarla avtomobil və bir çox məkan yandırılıb.

Mediaların məlumatına görə, ötən gecə baş verən iğtişaşlar zamanı yalnız Paris və Nanterdə onlarla insan həbs edilib.

Fransa hökuməti ölkə üzrə həbslərin sayı ilə bağlı statistikanı hələ açıqlamayıb.

Polis tərəfindən öldürülən gəncin ailəsinin dəvəti ilə; Bu gün, cümə axşamı, övladlarının öldürülməsinin üçüncü gecəsi olaraq, dinc nümayiş və ya ağ yürüş keçirilməlidir.

Teqlər