ABŞ-ın silah ehtiyatları bir neçə saata tükənəcək
https://azeri.sahartv.ir/news/dünya-i401468-abŞ_ın_silah_ehtiyatları_bir_neçə_saata_tükənəcək
Rusiya və Çinlə münaqişədə ABŞ-ın silah ehtiyatları yalnız bir neçə saata tükənəcək
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2023 14:06 Asia/Baku
  • ABŞ-ın silah ehtiyatları bir neçə saata tükənəcək

Rusiya və Çinlə münaqişədə ABŞ-ın silah ehtiyatları yalnız bir neçə saata tükənəcək

Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələrindəki silah anbarları boşalıb və hərbi blok yeni silah və sursatların istehsalını artırmalıdır.

ABŞ-ın Rusiya və Çin ilə birbaşa münaqişəsi halında, yüksək dəqiqlikli silah ehtiyatları yalnız bir neçə günə, hətta bir neçə saata kifayət edə bilər. Bu barədə isə "Wall Street Journal" nəşri məlumat verib.

Məqalədə deyilir ki, bu baş verəndən qısa müddət sonra ABŞ-ın digər vacib ehtiyatları da tükənə bilər.

Bu yaxınlarda Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələrindəki silah anbarları boşalıb və hərbi blok yeni silah və sursatların istehsalını artırmalıdır.