Ukrayna Fransanın keçmiş prezidentini Rusiyanın ortağı adlandırıb
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Sarkozinin bəyanatına cavab verib o deyib ki,Sarkozinin həvəsləndirməsi – cinayətə ortaq olmaq deməkdir.
SəhərAzəri-nin məlumatına görə, Fransanın keçmiş prezidenti Nikola Sarkozi son günlər verdiyi açıqlamada Ukraynanın müharibəni bitirmək üçün Rusiyaya güzəşt edilməli olduğunu bildirib. Onun bu mövqeyinin isə əslində NATO dövlətlərinin mövqeyi olduğu deyilir. ABŞ rəsmiləri dəfələrlə buna eyham vurmuşlar və qərb mediyaları və məlum politoloqları da Ukraynaya vaxtaşırı olaraq bu zərurəti xatırlayırlar.
İndi Ukrayna dövləti Sarkozinin qərb dövlətlərinin niyyətini açıq-aşkar söyləməsini onun şəxsi fikri kimi qiymətləndirərək ona qarşı kəskin reaksiya verir.
Mixail Podolyak “Müharibəni dayandırmağın yeganə yolu – bu ərazilərə beynəlxalq hüququ qaytarmaqdır. Bu isə o deməkdir ki, Rusiya uduzmalıdır”,- deyə Sarkozinin sözlərinə münasibət bildirib.
O qeyd edib ki, 2023-cü ildə “Sarkozinin təcrübəsini” təkrarlamaq mümkün deyil. Ancaq görünən odur ki, qərb dövlətləri o sıradan da ABŞ Ukrayna müharibəsindən yorulub və müharibənin davam etməsini öz mənafeylərinə uyğun hesab etmədiklərinə görə, Kiyevi Rusiya qarşısında güzəştə getmək məcburiyyətində qoymaq istəyirlər. Bunun əlamətləri Sarkozi kimi vəzifədə olmayan siyasətçilərin dilindən müşahidə edilməkdədir.