Avq 25, 2023 21:01 Asia/Baku
  • Fransa Azərbaycandan əl çəkmir

BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim olunacaq

Fransa Qarabağ ermənilərinə kömək məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim etməyi planlaşdırır.

Le Fiqaro nəşri bu barədə bildirib ki, qətnamə Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranla əlaqədardır.

Qəzetin yazdığına görə, Fransa Dağlıq Qarabağda blokadadan əziyyət çəkən 120 min erməniyə yardım etməyə çalışır.

Bundan başqa, Paris və Fransanın əsas regionları Laçın dəhlizinin girişində qapalı qalan yüklərdən əlavə, Dağlıq Qarabağa daha çox humanitar yardım göndərməyi planlaşdırır.

 

Teqlər