Cinayətkar rejim məsuliyyətdən boyun qaçırır
Cənubi Afrika İsrailə qarşı yeni tədbirlər tələb edib
Cənubi Afrika hökuməti beynəlxalq məhkəmədən İsrailə qarşı yeni tədbirlərin görülməsini tələb edib.
Cənubi Afrika Respublikası Beynəlxalq Ədalət Məhkəməsindən (BƏM) yanvarın 26-da İsrailə qarşı görülən tədbirlərin dəyişdirilməsini və ya qəzzalıların aclığa məhkum edildiyi üçün yeni tədbirlərə qərar verilməsini istəyib.
BƏM tərəfindən edilən yazılı açıqlamada, Cənubi Afrikanın işğalçı İsrailə qarşı açdığı soyqırım iddiasında məhkəmədən təcili olaraq yeni tədbirlərə qərar verilməsini tələb etdiyi bildirilib. Cənubi Afrikanın tələbində İsrailin yanvarın 26-da Beynəlxalq Ədliyyə Məhkəməsinin qərarlarına əməl etmədiyi və Qəzzədə “dəhşətli pozuntularını” davam etdirdiyi qeyd olunub.
Qeyd edək ki, fevralın 13-də Cənubi Afrika sionist rejimin Rəfəh şəhərinə planlı hücumunun səbəb olacağı geniş miqyaslı qətllər, zərər və dağıntılar səbəbindən Beynəlxalq Ədliyyə Məhkəməsindən təcili yeni tədbirlər görməsini istəmişdir.
Cənubi Afrikanın müraciətində Rəfəh şəhərinə planlaşdırılan hücum həm Məhkəmənin 26 Yanvar tarixli əmr qərarlarını, həm də Soyqırım Konvensiyasını ciddi şəkildə pozur.