Apr 03, 2024 14:27 Asia/Baku
  • Tayvanda dəhşətli yer təkanı

Rixter şkalası ilə 7,5 bal gücündə zəlzələ adanı silkələdi

Tayvanda baş verən 7,5 maqnitudalı zəlzələ nəticəsində azı 9 nəfər ölüb, 820-dən çox insan isə yaralanıb.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

Bildirilir ki, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələdir. Təbii fəlakət səbəbindən digər ölkələrdə sunami təhlükəsi elan olunub.

Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinavada sunami xəbərdarlığı elan edib. Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub. Zəlzələdən sonra rixter şkalası ilə gücü 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkanlar qeydə alınıb.

 

Teqlər