Pakistanın Kvetta şəhərində partlayış olub, onlarla insan ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i415900-pakistanın_kvetta_şəhərində_partlayış_olub_onlarla_insan_ölüb_və_yaralanıb
Pakistanın Bəluçistan əyalətinin Kvetta şəhərində Dəmiryolu vağzalında intiharçının törətdiyi partlayış nəticəsində ən azı 24 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
(last modified 2024-11-09T08:52:03+00:00 )
Noy 09, 2024 12:50 Asia/Baku
  • Pakistanın Kvetta şəhərində partlayış olub, onlarla insan ölüb və yaralanıb

Pakistanın Bəluçistan əyalətinin Kvetta şəhərində Dəmiryolu vağzalında intiharçının törətdiyi partlayış nəticəsində ən azı 24 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

Bildirilir ki, partlayış Xeybər Paxtunxvada Kvettadan Pişəvərə gedən qatara minmək üçün gözləyən sərnişinlər arasında baş verib.

Pakistan mediası bu partlayışı intiharçının törətdiyini bildirsə də,  polis hələlik bununla və partlayışın təfərrüatı ilə bağlı açıqlama verməyib.

Bu xəbərin açıqlanması ilə eyni vaxtda Kvetta şəhərinin bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edilib və yaralıların vəziyyəti ağır olduğundan itkilərin artması ehtimalı var.