Dek 12, 2024 09:53 Asia/Baku
  • Amerikanın Azərbaycana növbəti təzyiq rıçağı

Entoni Blinken Azərbaycan hökumətindən jurnalistləri və fəalların azadlığını tələb edib

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanda Vətəndaş Cəmiyyəti və mediaya qarşı təzyiqlərin gücləndirlməsi ilə bağlı bəyanatla çıxış edib.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, bir müddət əvvəl Meydan TV-nin həbsdə olan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır. deyə Blinken bildirib“

Biz Azərbaycan hökumətini insan haqları naminə müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və ATƏT-ə daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, sənəddə qeyd edilir.

Teqlər