Dek 17, 2024 17:55 Asia/Baku
  •  Tramp indi də gözünü Xəzərə dikib

Trampın hakimiyyəti zamanı ABŞ-ın bölgədə təsirini gücləndirmək üçün yeni Xəzər layihəsinə start veriləcək. Bu barədə “RİA Novosti”-yə rusiyalı ekspert Vitali Arkov bildirib.

"Onun məqsədi ABŞ-ın Xəzər bölgəsində təsirini gücləndirməkdən və hələ ki su hövzəsinin əlçatmaz olan resurslarına çıxış əldə etməkdən ibarət olacaq", - deyə mütəxəssis qeyd edib.

Arkov hesab edir ki, respublikaçıların Ağ evə qayıtması Vaşinqtonun dünya arenasında təsirinin azalmasına gətirəcəyini düşünmək düzgün deyil."Əksinə, ABŞ hegemonluğunu daha da aqressiv bərpa etməyə çalışacaq”, - deyə ekspert vurğulayıb.

Teqlər