Yan 12, 2025 15:23 Asia/Baku
  • Kaliforniyada yaxın 72 saatda yanğının genişlənməsi ehtimalı var

ABŞ prezidenti Kaliforniyada fövqəladə vəziyyət elan edib; ABŞ rəsmiləri növbəti 72 saat ərzində hava şəraitinin pisləşməsi nəticəsində yanğının yayıla biləcəyindən narahatdırlar.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində hava şəraitinin kəskinləşməsi, o cümlədən güclü külək və aşağı rütubət davam edir və bu, yanğının əhatə dairəsinin və qurbanların sayının artmasına səbəb olub. Əldə edilən statistikaya görə, azı 16 nəfər həyatını itirib, 10 min bina dağılıb, 153 min nəfərin təxliyəsi barədə göstəriş verilib.

Meteoroloqlar bu həftə sonu Los-Ancelesdə sürətli və quru küləyin yenidən güclənəcəyini və yanğından təsirlənən bu ərazinin vəziyyətini daha da pisləşdirəcəyini proqnozlaşdırıblar. 

Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Kristian Krouli Fox News telekanalına müsahibəsində deyib ki, onun departamenti üçün 17 milyon dollarlıq büdcənin kəsilməsi və su təchizatı ilə bağlı problemlər yanğınsöndürənlərin yanğınlarla mübarizə aparmaq qabiliyyətini azaldıb.

NBC saytı bir cədvəldə Kaliforniya ştatında dörd aktiv yanğınla bağlı ən son məlumatları dərc edib.

Hal-hazırda Palisades yanğını 11 faiz nəzarətə alınıb və bölgədə 23,654 akr ərazini yandırıb.

İton yanğını 15 faiz nəzarətə alınıb və 14,117 akr ərazini yandırıb. 

Hurst yanğını 76 faiz nəzarətə alınıb və 799 akr ərazini yandırıb

Kennet yanğını 90 faiz söndürülüb və 1,052 akr ərazini yandırıb. 

Teqlər