Trampın beynəlxalq böhranlarda nümayişkaranə həll yolları;
Tailand və Kamboca arasında formal atəşkəs uğursuz oldu
Trampa münaqişələrə son qoyulması bəhanəsi ilə verilən sülh mükafatı göstərdi ki, onun beynəlxalq münaqişələrin həllinə yanaşması səthi və nümayiş xarakterlidir və müvəqqəti razılaşmalar zorakılığın yenidən alovlanmasının qarşısını ala bilmir.
FIFA tərəfindən Trampa Tailand və Kamboca arasında atəşkəs və bəzi müharibələrin sona çatması bəhanəsi və onun guya diplomatik uğurlarını nümayiş etdirmək məqsədilə sülh mükafatı verildi, amma bu iki ölkənin sərhədlərində toqquşmaların yenidən başlanması onun nümayişkaranə həll yollarının səmərəsizliyini üzə çıxardı.
Tailand və Kambocada yarım milyon insan didərgin düşüb və azı 27 nəfər həlak olub. Tarixi münaqişələr, daxili siyasi maraqlar və davam edən hərbi fəaliyyətlər göstərir ki, zahiri sülh münaqişələrin real həllinə deyil, yalnız media məqsədlərinə və liderlərin mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.
Konqonun şərqində isə M23 üsyançılarının irəliləməsi nəticəsində 200 min nəfər evlərini tərk edib ki, bu da sürətli və reklam xarakterli həllərin regiondakı dərin böhranlara son qoya bilmədiyini göstərir.