İran
-
İranın diplomatiyası müqavimətə əsaslanır: Milli strategiya şücaət və dözümlülük üzərində qurulub
Dek 29, 2025 14:17İran Xarici İşlər naziri beynəlxalq “General Şəhid Hacı Qasim Süleymani" konfransında deyib: "Ölkənin diplomatiyası yalnız hərbi deyil, həm də iqtisadi, mədəni və diplomatik müqavimət prinsiplərinə əsaslanır və İran İslam Respublikası hələ də hegemonluq edən qüvvələrə qarşı dayanır və müqavimət cərəyanını dəstəkləyir".
-
Bəqayi Təl-Əvivin Somaliyə qarşı şər hərəkəti barədə xəbərdarlıq edib
Dek 28, 2025 13:22İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi/ sionist rejimin Somalini parçalamaq fitnəsini həyata keçirmək yolu ilə, bu islami ölkənin suverenliyi və ərazi bütövlüyünü biabırçı tərzdə pozmasını, BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulması adlandırıb və onu pisləyibdir.
-
İranın üç peykinin buraxılışı üçün gerisayım başlayıb
Dek 27, 2025 12:01“Kövsər”, “Zəfər-2” və “Paya” peyklərini daşıyan raket daşıyıcısı, son mərhələləri uğurla tamamladıqdan sonra buraxılış meydançasında yerləşdirilib. Bu yerləşdirmə, 27 dekabr 2025-ci il tarixinə planlaşdırılan buraxılış üçün geri sayımın başlandığını ifadə edir və İranı kosmik hədəflərinə bir addım daha yaxınlaşdırır.
-
İran Suriyada İmam Əli (ə) məscidindəki terror hücumunu pisləyib
Dek 27, 2025 11:59İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Suriyanın Homs vilayətində yerləşən “İmam Əli ibn Əbi Talib (ə)” məscidində namaz qılanlara qarşı törədilən və bir sıra namaz qılanların şəhid olması və ya yaralanması ilə nəticələnən terror hücumunu kəskin şəkildə pisləyib.
-
Bu gün dünyanın əsas ehtiyacı ədalətli milli və beynəlxalq İslami sistemdir
Dek 27, 2025 11:53İslam İnqilabının Ali Rəhbəri Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının illik toplantısına ünvanladığı müraciətdə buyurublar: Fəsad törədən və zalım zorakıların narahatlığının əsas səbəbi nüvə məsələsi deyil, İslami İranın ədalətsiz dünya nizamına və hegemon sistemin zorakılığına qarşı mübarizə bayrağı qaldırması və milli və beynəlxalq ədalətli bir nizama yönəlməsidir.
-
Tehran, Moskva və Bakı, Şimal-Cənub dəhlizi qiymətlərinin təsbiti barədə razılığa gəliblər
Dek 26, 2025 12:44İran, Rusiya və Azərbaycan Respublikasının rəsmiləri arasında imzalanan müqavilə, Şimal-Cənub dəhlizinin qərb qolunda daşınma məzənnələrini təsbit edir.
-
İran prezidenti Həzrət İsa ibn Məryəmin mövludunun ildönümü günü münasibətilə dünya xristianlarına təbrik mesajı ünvanlayıb
Dek 25, 2025 12:33İran prezidenti Həzrət İsa ibn Məryəmin mövludunun ildönümü günü və yeni milad ilinin gəlişi münasibətilə bu mərasimləri qeyd edən ölkələrin dövlət başçıları və xalqlarını təbrik edib.
-
Dünyanı aldatmayın!
Dek 25, 2025 11:43İran İslam Respublikasının xarici işlər naziri sosial şəbəkələrdən birindəki istifadəçi hesabında Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq məsələləri üzrə nümayəndəsinin müavini Morqan Ortaqusun sözlərinə kinayə ilə cavab verib
-
İran raket proqramını inkişaf etdirir; Müdafiə gücü danışıqlar üçün deyil, çəkindirmə üçündür
Dek 22, 2025 17:32İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, ölkənin raket proqramı yalnız milli təhlükəsizliyi qorumaq üçün inkişaf etdirilib və bu barədə heç bir danışıqlar aparılmır. Halbuki sionist rejimin media təbliğatı İranı sərhədlərindən kənarda təhlükə kimi göstərməyə çalışır.
-
Ayətullah Sübhani Azərbaycanda dindar xanımların həbsinə münasibət bildirib
Dek 21, 2025 17:21Ayətullah Cəfər Sübhani təcridxanada aclıq aksiyası edən inanclı xanımlar barəsində bəyanat yayıb