İmam Muhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk
İslami İran şiələrin doqquzuncu imamı Həzrət İmam Muhəmməd Təqi(ə) Cəvaduləimmənin şəhadəti gecəsində matəm içindədir.
Sabah, 1438-ci hicri qəməri ili zilqədə ayının 29-u, 2017-ci il avqustun 22-i, Həzrət İmam Muhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümü günüdür.
Həzrət İmam Muhəmməd Təqi(ə) 195-ci hicri qəməri ilinin ramazan ayında dünyaya göz açdı və möhtərəm atası, şiələrin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın şəhadətindən sonra müsəlmanların imamlığı və rəhbərliyini üzərinə götürdü.
İmam Cavad(ə)-ın həyatı və imamlığı dövrü İslam dünyasının dini və fəlsəfi təfəkkürlərinin rəvac tapdığı və İslam sivilizasiyasının çiçəkləndiyi dövr olub.
Müxtəlif məzhəbələrin din alimlərinin mübahisə və münazirə iclaslarının keçirilməsi, xalqın təlim və tərbiyəsi, həmçinin o zamanın hökmranlarının bəşəriyyətə və xalqa qarşı yönəlmiş siyasətlərinin ifşası, Həzrət İmam Muhəmməd Təqi(ə)-ın siyasi, mədəni və elmi fəaliyyətlərindən olubdur.
İslami İran xalqı şiələrin doqquzuncu imamı Həzrət İmam Muhəmməd Təqi(ə)-ın şəhadəti gecəsində məscidlərdə, təkyələrdə, həmçinin şiələrin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın müqəddəs Məşhəd şəhərində, eləcə də Həzrət Məsumə(s.ə)-nın müqəddəs Qum şəhərindəki pak ziyarətgahlarında əzadarlıq edir.
İran İslam Respublikasının TeleRadio Təşkilatı şiələrin doqquzuncu imamı Həzrət İmam Muhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümü gününün gəlib çatması münasibəti ilə bütün müsəlmanlara və dünya azadlıqsevərlərinə başsağlığı verir.