Fev 09, 2018 10:01 Asia/Baku
  • Dəməşq: Amerikan koalisiyanın Diyrəzzura hücumu hərbi cinayətdir
    Dəməşq: Amerikan koalisiyanın Diyrəzzura hücumu hərbi cinayətdir

Suriya Xarici İşlər Nazirliyi dünən gecə BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Amerikanın komandanlığı altında olan dırnaqarası anti-İŞİD koalisiyası qırıcılarının Suriyanın dövlət qüvvələrindən yüzdən çox nəfərin ölüb və yaralanması ilə nəticələnən Diyrəzzura qarşı dünənki hücumunu hərbi cinayət adlandırıb.

Suriya Xarici İşlər Nazirliyi bu məktubda qeyd edib ki, bu hücum Amerikanın Suriyanın xalqına, eləcə də bu ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı alçaq mahiyyətini göstərir.

Suriya Xarici İşlər Nazirliyi amerikan koalisiyanın Diyrəzzura hücumunun beynəlxalq səviyyədə pislənilməsini istəyib.

Suriya dövləti dəfələrlə BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, onlardan amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyibdir.

Amerikanın komandanlığı altında olan dırnaqarası anti-İŞİD koalisiyasının Suriya və İraqa qarşı hücumlarını izləyən "İvaras" nəzarət qrupu son zamanlar bildiribdir ki, 2014-cü ildən bəri amerikan koalisiyanın Suriya və İraqa qarşı hücumlarında üç mindən çox sivil dünyasını dəyişib.

ABŞ son illərdə dəfələrlə terror qrupları ilə mübarizə bəhanəsilə Suriya və İraqda mülkiləri hədəfə alıbdır.

Dırnaqarası anti-İŞİD koalisiyası Obamanın Amerikadakı prezidentliyi dövründə "Suriya və İraqda yerləşən terrroçularla mübarizə" iddiası hədəfilə formalaşdı. Belə bir halda, rəsmi məlumatlara görə, Amerika və onun qərbli və ərəb şərikləri İŞİD daxil olmaqla terror qruplarının əsas yaradıcıları, həmçinin onların maliyyə və silah himayədarları sayılırlar.

Teqlər