İyul 29, 2020 14:52 Asia/Baku
  • BMT-nin xüsusi nümayəndəsi Safir tankerinin ekoloji fəlakət yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib

Təcavüzkarlar Qırmızı dənizdə neft məhsullarını daşıyan gəmiləri saxlamaqda davam edirlər, hansi ki, Yəmən xalqının ağrı-acılarını daha da artırır.

SəhərAzəri xəbər verir, BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qriffits Təhlükəsizlik Şurasının virtual formatda keçirilən iclasında Yəmənin iqtisadi durumu və Safir neft tankerinin ekoloji fəlakət yarada biləcəyi ilə bağlı narahatlıq ifadə edib.

M.M: Biz Yəmənin Əl-Hüdeydə sahillərində yerləşən Safir tankerinin humanitar və ekoloji fəlakət yarada biləcəyi ilə bağlı ciddi xəbərdarlıq edirik. Bizim müstəqil mütəxəssislərimiz Safir tankeri ilə bağlı araşdırma aparmalı və ekspertiza rəylərini bildirməlidirlər.

Yəmənin Safir tankeri bir milyon 140 min barrel neft ilə beş ildir ki, Rəs-İsa limanında saxlanılıb. Bu tanker suyun erroziyası nəticəsində partlaya və ekoloji fəlakətə gətirib çixara bilər.

Əl-Hüdeydə limanının informasiya şöbəsinin müdiri deyib: 

M.M: Safir tankeri çürüyür, çünki, təcavüzkarlar təmir qruplarına tankerə daxil olmaq icazəsi vermirlər. Bu məsələ Qərməzə dənizin sahillərindəki bütün limanlar üçün ekoloji fəlakət yarada bilər.

100 gündən çoxdur Qırmızı dənizdə təcavüzkarlar tərəfindən saxlanılan Yəmənə məxsus 22 neft daşıyan tankerlərdən yalnız bu iki tanker sərbəst buraxılıb. Təcavüzkarlar Yəmən xalqını mühasirə və zorla müsadirə yolu ilə diz çökdürməyə çalışırlar.

Əl-Hüdeydə limanının işçiləri təşkilatının direktoru:

M.M: Gördüyünüz kimi bu hissədə neft məhsulları daşıyan heç bir gəmi müşahidə edilmir. Təcavüzkarlar bu iki tankerdən sonra başqalarına daxil olmaq icazəsi vermədilər. Hazırda 20-dən çox dizel və qaz yanacağı daşıyan tanker BMT tərəfindən lisenziya almasına baxmayaraq, saxlanılıb.

Teqlər

Şərhlər