Müqavimət qüvvələri sionistlərlə mübarizəyə hazır olduqlarını bildiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i394018-müqavimət_qüvvələri_sionistlərlə_mübarizəyə_hazır_olduqlarını_bildiriblər
Nablusda Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonları sionist düşmənlə mübarizəyə tam hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2022 09:57 Asia/Baku
  • Müqavimət qüvvələri sionistlərlə mübarizəyə hazır olduqlarını bildiriblər

Nablusda Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonları sionist düşmənlə mübarizəyə tam hazır olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu istiqamətdə çərşənbə axşamı günü «Aslanlar yuvası» adlı bir fələstinli qrup sionist qəsəbə sakinlərinin Məscidüləqsaya qarşı basqınına cavab olaraq, bir neçə əməliyyat keçirib.

Bu qrup işğal olunmuş ərazilərdə yerləşən digər qruplardan istəyibdir ki, onlara qoşulub, hər yerdə düşmənlə vuruşsunlar.

Sözügedən qrup həmçinin fələstinli kənd sakinlərindən istəyibdir ki, əsas yolları bağlayıb, onları sionist rejim ordusu və sionist qəsəbə sakinlərinin üzlərinə bağlasınlar.