Okt 22, 2022 19:17 Asia/Baku
  • Sənadan xarici şirkətlərə xəbərdarlıq

Yəmən milli qurtuluş hökumətinin ali iqtisadi komitəsi bu ölkənin neft mənbələrinin qarət edilməsi barədə xarici şirkətlərə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, dünən neft yükü daşıyan bir gəminin təcavüzkar səud-əmirliklər koalisiyasının işğalı altında olan Əl-Zibəh limanına daxil olması ilə bir zamanda, iki partlayış baş verib. Bu neft tankeri Əlməsilə yataqlarından götürülmüş nefti naməlum məqsədə köçürmək niyyətində olub.

Yəmən milli qurtuluş hökumətinin ali iqtisadi komitəsi Həzərmut əyalətinin Əlzibəhr limanına hücuma reaksiyada bir bəyanatda bildiribdir ki, Yəmən xam neftinin təcavüzkar ölkələr və onların muzdluları tərəfindən ixracatı qadağandır və hökumətin bu qərarı hər tərəf, orqan və ya ölkə tərəfindən ciddi nəzərə alınmalıdır.

Yəmən milli qurtuluş hökumətinin ali iqtisadi komitəsi həmçinin bildiribdir ki, cümə günü keçirilən əməliyyat bu neft tankerinə bir xəbərdarlıq idi və səy göstərilibdir ki, tankerin və onun sərnişinlərinin sağlamlıq və təhlükəsizlikləri qorunmuş olsun və tanker yerli vaxtla, saat on altı qırx dəqiqədə Yəmənin ölkə sularını tərk edib.

Teqlər