Amerikalı işğalçılar Suriyanın 43 neft tankerini oğurlayıblar
Noy 07, 2022 14:09 Asia/Baku
Amerika işğalçı qüvvələri Suriyanın onlarla neft tankerini oğurlayaraq, İraq ərazisinə doğru aparıblar.
SəhərAzəri- "SANA" xəbər agentliyinin məlumatına görə, Yərubiyyə kəndindən olan yerli mənbələr SANA müxbirinə bildiriblər ki, Amerika işğalçı qüvvələrinin "Əl-Cəzirə" bölgəsində tutduqları neft quyularından oğurlanmış Suriya nefti ilə yüklənmiş 43 tankerdən ibarət karvan qanunsuz Mahmudiyyə keçidindən İraqın şimalına doğru gedib.
Amerika işğalçı qüvvələri son iki gün ərzində Suriya torpaqlarından oğurlanmış neftlə dolu onlarla tankeri Hasəkə çölündəki qanunsuz keçidlərdən İraq ərazisinə aparıblar.