Noy 20, 2022 14:20 Asia/Baku
  • 8 mindən çox yəmənli uşaq öldürülüb və ya yaralanıb

Amerikan-səud koalisiyasının Yəmənə təcavüzü başlayandan bəri 8 mindən çox yəmənli uşaq öldürülüb və ya yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə qarşı hərbi təcavüzə başlayıb və bu ölkəni qurudan, dənizdən və havadan mühasirəyə alıb.

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəməndə başlatdığı müharibə yüz minlərlə yəmənlinin ölümü və yaralanmasına, 4 milyon insanın isə didərgin düşməsinə səbəb olub.

"İran Press"in məlumatına görə, İntisaf İnsan Haqları Təşkilatı bildirib ki, Amerikan-səud koalisiyasının Yəmənə təcavüzü başlayandan bəri 3 min 860 yəmənli uşaq həlak olub, 4 min 256 uşaq isə yaralanıb.

Bu insan haqları təşkilatının hesabatına əsasən, səud koalisiyasının hücumları nəticəsində 6 minə yaxın yəmənli mülki şəxs əlil olub ki, onlardan 5 min 559-u uşaqdır.

Hesabatda bildirilir ki, məktəb yaşında olan 10 milyona yaxın yəmənli uşaqdan 2 milyon 400 mini təhsildən məhrumdur. Həmçinin, Yəmən xalqının hərtərəfli mühasirəyə alınması və qida çatışmazlığının artması səbəbindən 2 milyon 300 mindən çox beş yaşdan kiçik uşaq pis qidalanmadan əziyyət çəkir.

Səudiyyə Ərəbistanının hərbi təcavüzü həmçinin Yəmənin infrastrukturunun 85 faizdən çoxunu məhv edib və bu ölkə ciddi ərzaq və dərman çatışmazlığı ilə üzləşib.

Teqlər